Ru
17:36 / 31 Yanvar 2026

"Qarabağ"ın ulduzuna təklif gəldi - getmək İSTƏYİR

"Qarabağ"ın ulduzuna təklif gəldi - getmək İSTƏYİR
Eye

Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi məlum olub. "Çelsi" ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

Bakupost.az sportinfo-ya istinadla xəbər verir ki, Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.

Bildirilib ki, 2022-ci ildə bura "Çerno More"dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir. Andradenin istəyi artıq "Qarabağ"ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.

Yarımmüdafiəçi aldığı dəvəti yaxın tarixdə dəyərləndirmək niyyətində olduğunu gizlətməyib, çünki karyerasının növbəti illəri ərzində bundan yaxşı təklif alacağına inanmır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar