Ru
20:06 / 11 Sentyabr 2019

Bərdədə 81 yaşlı qadın əməliyyat zamanı öldü

5488
Bərdə rayonunda 81 yaşlı qadın əməliyyat zamanı ölüb.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaşlı qadını əməliyyat etsələr də, ancaq həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər