Ru
22:19 / 19 Noyabr 2026

Berlində Ukrayna ilə bağlı yeni danışıqlar keçiriləcək – Merts

Berlində Ukrayna ilə bağlı yeni danışıqlar keçiriləcək – Merts
Eye

Ukrayna, ABŞ və Avropa nümayəndələri arasında növbəti danışıqlar raundu bu axşam Berlində keçiriləcək.


"Bakupost" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat açıqlamasında bildirib.

Onun sözlərinə görə, üç tərəfin müşavirləri müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün Kansler Administrasiyasında bir araya gələcəklər.

“ABŞ, Prezident Tramp bu birgə işə arxalana bilər. Qarşımızda eyni məqsəd olduğu müddətdə əməkdaşlığımız davam edəcək”, – deyə Merts bildirib.

O vurğulayıb ki, ümumi məqsəd Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq, həmçinin Avropanın və bütün dünyanın təhlükəsizliyini təmin etməkdir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar