Ru
21:09 / 19 Noyabr 2026

“Komandamız Xankəndiyə köçəcək” - Baş məşqçi

“Komandamız Xankəndiyə köçəcək” - Baş məşqçi
Eye

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü komandadır və oyun çox ağır keçdi".

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bunu I Liqanın VIII turu çərçivəsində keçirilən "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından sonra Xankəndi təmsilçisinin baş məşqçisi Röyal Nəcəfov deyib.

O bildirib ki, bu gün fərdi səhvlərdən qol buraxıblar:

"Ümumilikdə futbolçularıma göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Xankəndi yüksəklikdə yerləşdiyi üçün istər-istəməz oyunçulara təsir edir. Biz rəqibdən daha əvvəl burada olduğumuz üçün bizə daha az təsir etdi. Rəqib yenidən Premyer Liqaya qayıtmaq üçün mübarizə aparan komandadır. Bizim komandada futbolçuların birlikdə yanlış təlim-məşq toplanışı keçməsi komandaya 60-70 dəqiqədən sonra ciddi təsir göstərir. Ehtiyat oyunçularımız da kasad olduğu üçün daha yaxşı dəyişikliklər edə bilmədik.

Bu komandada ən böyük problem oyun stili bir-birinə oxşar futbolçuların çoxluğudur. Qış transfer pəncərəsində yeni oyunçuların komandaya gəlməsinə ümid edirik. Bizim əsas məqsədimiz komandanın buraya, yəni Xankəndiyə köçməsidir. Rəhbərlik də bu yöndə işlər görür", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, Xankəndi şəhər stadionunda ilk dəfə keçirilən çempionat oyunu "Karvan-Yevlax"ın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar