Ru
20:51 / 19 Noyabr 2026

Rusiya və Gürcüstan arasında mühüm görüş

Rusiya və Gürcüstan arasında mühüm görüş
Eye

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Minskdə (Belarus) Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.

"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, xüsusilə ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Görüşün yekunlarına görə bir sıra praktiki razılaşmalar əldə olunub. Bundan əlavə, iştirakçılar Moskva və Tbilisi arasında münasibətlərin gələcək inkişaf maraqları naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Hər iki nümayəndə heyətinin rəhbərləri görüşün təşkilində göstərdiyi köməyə görə Belarus tərəfinə minnətdarlıqlarını bildiriblər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar