Ru
19:02 / 19 Noyabr 2026

Putin Çindən Tacikistana yola düşdü

Putin Çindən Tacikistana yola düşdü
Eye

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərini başa vuraraq Tacikistana yola düşüb.

“Bakupost” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya liderinin təyyarəsi Şençjen hava limanından havaya qalxıb.

Putinin Tacikistanda ölkə Prezidenti Emoməli Rəhmonla görüşü nəzərdə tutulub. Danışıqlarda Əfqanıstanla bağlı təhlükəsizlik məsələləri, eləcə də iki ölkənin birgə layihələri müzakirə ediləcək.

Qeyd edək ki, Putin Çinə səfəri çərçivəsində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edib, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.

Bundan əlavə, Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş keçirilib. Tramp görüş zamanı üç ölkə liderinin “tarix yazdığını” bildirib. Putin isə bu formatda danışıqların davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar