Ru
18:38 / 19 Noyabr 2026

Putin: Trampla Nobel Sülh Mükafatını müzakirə etdik

Putin: Trampla Nobel Sülh Mükafatını müzakirə etdik
Eye

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Nobel Sülh Mükafatına namizədliyini yarızarafat müzakirə etdiyini bildirib.


"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, Putin jurnalistlərə Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı suala cavab olaraq deyib: "Biz bunu yarızarafat müzakirə edirdik".

Putin həmçinin qeyd edib ki, Nobel Sülh Mükafatı bir sıra hallarda sülhün əldə olunmasına verdiyi real töhfələrə görə deyil, siyasi səbəblərə görə verilib.

"Bu gün onun üçün mübarizə aparmağa dəyərmi, bilmirəm", -Rusiya Prezidenti vurğulayıb.

18-19 noyabr tarixlərində Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçirildiyi Şençjen şəhərində olub. Sammit çərçivəsində Putin Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Trampla həm ikitrəfli, həm də üçtrəfli formatda görüş keçirib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar