Ru
18:07 / 19 Noyabr 2026

“Yenə evindən qaçanları efirə çıxarırsız, 16 min də pul alırsınız” – Elgiz od püskürdü - VİDEO

Eye

Aparıcı Elgiz Əkbər həmkarlarından birinin onun ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

"Bakupost" xəbər verir ki, ötən gün verilişində yaşanan qalmaqallı hadisəni tənqid edən həmkarına cavab verən aparıcı diqqətçəkən ifadələr işlədib.

Aparıcı bildirib ki, bağlanan verilişlərdən fərqli olaraq, sözügedən proqram fəaliyyətini əvvəlki formatda davam etdirir. Həmçinin verilişdə bir nəfərin çıxış etməsi üçün aylıq 16 min manat ödənildiyini iddia edib.

"O verilişdə yenə evindən qaçan, qapıdan qovulan, ərinə xəyanət edən... Guya ki, orada başqa mövzular gündəmə gətirilir?
Yaxşı, digər verilişlər pis oldu, bəs bu veriliş niyə eyni formatda davam edir? Üstəlik, meydanda tək olduğu üçün aylıq 16 min manat qiyməti olur? Hələ baş sponsorların qiymətlərini demirəm. Niyə?!
İndi də sosial şəbəkələr üzərindən yayımlanan verilişlərə dil uzadırsınız. O əməkdaşları nəzərdə tuturam. Buradan xəbərdarlığımı edirəm: mənim ağzım açılsa, pis açılacaq!".

İddialara görə, Elgiz bu sözləri Lalə Azərtaşa ünvanlayıb.

Yasəmən, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar