Ru
17:48 / 19 Noyabr 2026

Xərçəngə qarşı yeni peyvənddən ümidverici nəticə

Xərçəngə qarşı yeni peyvənddən ümidverici nəticə
Eye

Rusiyada hazırlanan fərdi mRNA texnologiyalı xərçəng peyvəndi ilə müalicə olunan ilk pasiyentin ilkin klinik nəticələri müsbət olub. Bildirilir ki, xəstədə metastaz aşkarlanmır və dörd aydır ümumi sağlamlıq vəziyyəti yaxşıdır.

“Bakupost” xəbər verir ki, “NeoOnkovak” adlı peyvənd “Qamaleya” Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə Milli Radiologiya Araşdırma Mərkəzinin birgə layihəsidir.

Peyvənd hər pasiyentin şişinin genetik xüsusiyyətlərinə uyğun fərdi hazırlanır. Onun məqsədi immun sistemini xərçəng hüceyrələrini tanımağa və məhv etməyə yönəltməkdir.

İlk pasiyent üç il ərzində həkim nəzarətində saxlanılacaq. Mütəxəssislər isə peyvəndin effektivliyinin təsdiqlənməsi üçün daha geniş klinik sınaqlara və uzunmüddətli müşahidələrə ehtiyac olduğunu bildirirlər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar