Ru
16:21 / 19 Noyabr 2026

Bakıda "Bolt" yaşlı qadından 76 manat pul tutdu: "Şirkət zənglərə cavab vermir" - FOTO

Bakıda "Bolt" yaşlı qadından 76 manat pul tutdu:  "Şirkət zənglərə cavab vermir" - FOTO
Eye

Bakıda "Bolt" taksi xidmətindən istifadə edən yaşlı qadının kartından qısa məsafəli səfərə görə 75.90 manat tutulub.

"Bakupost" xəbər verir ki, bu barədə qadının oğlu Ərtoğrul Qafarov məlumat verib.

Onun sözlərinə görə, anası Xətai rayonunda yerləşən Sevgi Parkından "Sahil" metro stansiyasına taksi sifariş edib. Bu səfər üçün onun hesabından 75.90 manat vəsait çıxılıb.

Ərtoğrul Qafarov bildirib ki, məsələ ilə bağlı şirkətin müştəri dəstəyi ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb:

"Göstərilən telefon nömrəsinə zənglərə cavab verilmir. Sifarişləri qəbul edən qısa nömrəyə zəng etdikdə isə heç bir köməklik göstərə bilməyəcəklərini bildirdilər. Üstəlik, şirkətin rəsmi ünvanı kimi göstərilən AGA Plaza-dakı ofis artıq üç ildir ki, fəaliyyət göstərmir! Müştəridən pul tutmaq asandır, bəs problem yarananda məsuliyyəti kim daşıyır?".

Məsələ ilə bağlı "Bolt"dan "Bakupost"a bildirilib ki, sözügedən vətəndaş başqa şəhərə səfər üçün sifariş verib. Qeyd olunub ki, ödəniş qadına geri qaytarılacaq.

Lalə Novruz, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar