Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək. Bu barədə özü bildirib. Simonyan qeyd edib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Bu səfərin əhəmiyyətini dəyərləndirən analitiklər hesab edirlər ki, Bakı ilə İrəvan arasında münasibətlərin inkişafı baxımından diqqətçəkən diplomatik hadisədir. Bu səfərin əhəmiyyəti ondadır ki, artıq iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında təmaslar yalnız beynəlxalq tədbirlər çərçivəsində deyil, qarşılıqlı səfərlər vasitəsilə də davam etdirilir.
"Bakupost" xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Musavat.com-a bu, qarşılıqlı səfərlərdir və ikitərəfli etimadın möhkəmlənməsi üçün vacibdir: “Azərbaycanla Ermənistan arasında artıq müharibə yoxdur deyib. Üçtərəfli bəyanat 6 il əvvəl imzalanıb. Sülh müqaviləsi paraflanıb və onun imzalanması üçün Ermənistan tərəfdən növbəti addımın atılması gözlənilir. Belə səfərlərin olması qonşu ölkələr üçün normaldır. Biz normal qonuşuluq münasibətləri qurmalıyıq. Nəinki rəsmilərin, hətta adi insanların da səfərləri adi bir normaya çevrilməlidir”.
Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur - Muallim.edu.az
Deputat qeyd edib ki, Simonyan Ermənistanda yüksək vəzifə daşıyan siyasətçilərdən biridir: “Onun Azərbaycana səfəri - fərqi yoxdur Bakıya, yoxsa hansı regiona olacaq. Nəzərə almaq lazımdır ki, Dublində İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşdə sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələri, sərhədlərin delimitasiyası və iqtisadi əməkdaşlıq müzakirə olunub. Tərəflər həmçinin TRIPP layihəsinin həyata keçirilməsi məsələlərini nəzərdən keçiriblər. Bu baxımdan Simonyanın səfəri ayrıca diplomatik hadisə olmaqla yanaşı, yüksək səviyyədə aparılan danışıqların praktiki davamı kimi qiymətləndirilə bilər”.