Ru
14:09 / 19 Noyabr 2026

İrana yeni zərbə planı: Trampın qarşısında hansı variantlar var?

İrana yeni zərbə planı: Trampın qarşısında hansı variantlar var?
Eye

ABŞ Prezidenti Donald Trampın İranın hərbi imkanlarını bərpa etməsi ilə bağlı kəşfiyyat məlumatlarından sonra Tehrana qarşı yeni hücum variantlarını nəzərdən keçirdiyi bildirilir.

“Bakupost” xəbər verir ki, məlumata görə, İran raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatlarını artırır, kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirir. İsrailin də ABŞ-nin mümkün əməliyyata qoşulması üçün təzyiq göstərdiyi iddia olunur.

Tramp hələ yekun qərar verməyib. ABŞ administrasiyasında İrana yenidən hücumun məqsədəuyğunluğu ilə bağlı fikir ayrılıqları var.

İsrail ABŞ ilə birlikdə İrana qarşı 4-7 günlük hava əməliyyatı keçirməyi istəyir. ABŞ-nin mümkün hücumlarının İranın raket və PUA imkanlarına, enerji obyektlərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzlərinə yönələcəyi bildirilir.

İsrailin planlarına isə İranın nüvə obyektlərinə və enerji infrastrukturuna zərbələr endirilməsi daxildir. Trampın bu plana hələ razılıq vermədiyi qeyd olunur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar