Ru
14:30 / 19 Noyabr 2026

“Kia”dan büdcəyə uyğun elektrik avtomobil

“Kia”dan büdcəyə uyğun elektrik avtomobil
Eye

“Kia” şirkəti “EV2” modelindən daha kiçik və ucuz olacaq yeni elektrikli avtomobil hazırlayır. “EV1” adlanacağı gözlənilən modelin başlanğıc qiymətinin 20-22 min avro olması planlaşdırılır.

“Bakupost” xəbər verir ki, şirkət yeni kiçik elektrikli avtomobilin hazırlanmasını 2027-ci ilin sonunadək başa çatdırmağı hədəfləyir. Qiymətə dövlət subsidiyaları daxil edilməyəcək.

Dörd metrdən qısa olacağı gözlənilən avtomobil əsasən Avropa bazarı üçün nəzərdə tutulur. Modelin istehsalının “Kia”nın Slovakiyadakı zavodunda həyata keçirilməsi də müzakirə olunur.

Avtomobilin batareya tutumu, mühərrik gücü və yürüş məsafəsi hələ açıqlanmayıb. Onun satışa çıxarılacağı tarix də məlum deyil.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar