Ru
14:58 / 19 Noyabr 2026

"Narkotikə görə saxlanılan vəkil Orxan Kəngərli ilə əlaqə yarada bilmirik" - Açıqlama

"Narkotikə görə saxlanılan vəkil Orxan Kəngərli ilə əlaqə yarada bilmirik" - Açıqlama
Eye

Qanunsuz narkotik dövriyyəsində ittiham olunan “Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli polis əməkdaşları tərəfindən saxlanılıb. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

"Bakupost" xəbər verir ki, vəkilin müdafiəçisi Sevda Məhərrəmova onunla görüşə və barəsində məlumat əldə edə bilmədiyini deyib.

S.Məhərrəmovanın sözlərinə görə, noyabrın 19-da saat 12:22-də Kəngərlinin qohumu ilə müqavilə bağlayıb. Bundan sonra vəkil orderini təqdim edərək BMCMİ-yə müraciət edib, müdafiə etdiyi şəxslə görüşmək və istintaqda iştirak etmək istədiyini bildirib.

O, həmçinin idarənin elektron poçt ünvanına orderi əlavə etməklə müraciət etdiyini, 102 qaynar xəttinə iki dəfə zəng edərək məsələ barədə məlumat verdiyini qeyd edib.

"Lakin müdafiə etdiyim şəxslə nə görüşə, nə də ki onun haqqında məlumat ala bilirəm. Bu müdafiə hüququnun kobud şəkildə pozulmasıdır", - deyə vəkil bildirib.

Lalə Novruz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar