Ru
16:45 / 19 Noyabr 2026

Xəzərdə ödənişsiz çimərliklərə yer ayrılacaqmı?

Xəzərdə ödənişsiz çimərliklərə yer ayrılacaqmı?
Eye

Xəzər dənizinin sahilboyu ərazilərində aparılacaq qiymətləndirmə və zonalaşdırma işləri gələcəkdə çimərliklərdən istifadə qaydalarını müəyyənləşdirəcək. Bu prosesdə sahillərin hansı hissələrinin ictimai istifadəyə açıq qalacağı, hansı ərazilərin sahibkarlıq fəaliyyəti üçün ayrılacağı və vətəndaşların dənizə maneəsiz çıxışının necə təmin ediləcəyi əsas məsələlərdəndir. Xüsusilə, kommersiya obyektlərinin genişlənməsi fonunda pulsuz istirahət məkanlarının qorunması və sahillərin hasarlanaraq özəlləşdirilmiş ərazilərə çevrilməsinin qarşısının alınması vacibdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə həm pulsuz, həm də ödənişli çimərliklər fəaliyyət göstərir. Pulsuz çimərliklərə bələdiyyələr nəzarət edir, burada insanların istirahəti üçün zəruri şərait yaradılır.

Onun sözlərinə görə, bəzi ölkələrdə vətəndaşlar pulsuz çimərliklərdə çadır quraraq, avtomobilləri ilə gəlib gecələyə bilirlər. Belə ərazilərdə tualet və duş kimi infrastruktur da mövcud olur, restoran və digər pullu xidmətlərdən istifadə etmək imkanı yaradılır.

O bildirib ki, Azərbaycanda isə dəniz sahillərinin hasarlanması, zəbt edilməsi, bələdiyyələrin ərazilərə nəzarət edə bilməməsi və vətəndaşlardan yüksək ödəniş tələb olunması kimi problemlər geniş yayılıb. Onun fikrincə, bu vəziyyət istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

E.Hüseynov ümid edir ki, yeni zonalaşdırmadan sonra Azərbaycanda da Türkiyədəki kimi təmiz, infrastrukturlu və bələdiyyələrin nəzarət etdiyi pulsuz çimərliklər yaradılacaq.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar