Ru
20:44 / 02 Sentyabr 2025

Bəşər Əsədin həbsinə yenidən order verdilər

Bəşər Əsədin həbsinə yenidən order verdilər
Eye

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.

Bakupost.az xəbər verir ki, onlar 2012-ci ildə Homs şəhərini atəşə tutmaqda ittiham olunurlar.

Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.

Qeyd edək ki, bu Fransanın Bəşər Əsədin həbsi ilə bağlı verdiyi üçüncü orderdir. Bundan öncə Fransada istintaq hakimləri onun 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə, daha əvvəl isə Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə həbsinə order verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar