Ru
12:34 / 26 Oktyabr 2017

“Zaryadka”, “adapter”, “proqnoz”un dilimizdəki qarşılığı - Müəyyənləşdi

“Zaryadka”, “adapter”, “proqnoz”un dilimizdəki qarşılığı -  Müəyyənləşdi
Eye

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

 

BakuPost.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:

 

"Zaryadka” – "Yükləmə”,

 

"Adapter” – "Yükləyici”,

 

"Embarqo” – "Qadağa”,

 

"Evakuasiya” – "Köçürülmə”,

 

"Proqnoz” – "Öncəgörmə”,

 

"Konsensus” – "Yekdillik”,

 

"Kserokopiya” – "Üzçıxarma”,

 

"Like” – "Bəyənmə”,

 

"Mesaj” – "İsmarıc” kimi təsdiqlənib.

 

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer "mouse”nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif olunur.

“Zaryadka”, “adapter”, “proqnoz”un dilimizdəki qarşılığı -  Müəyyənləşdi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar