Biləcəri rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakupost.az xəbər verir ki, “Azərişıq” ASC-nin bununla bağlı məlumatına görə, Biləcəri RETSİ ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) bu gün təmir-təftiş işləri həyata keçiriləcək.
Saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra ərazi elektrik enerjisi ilə təmin olunacaq.