Ru
22:55 / 03 Sentyabr 2025

Biləsuvarda DƏHŞƏTLİ qəza: 3 maşın toqquşdu - ölən və yaralılar var...

Biləsuvarda DƏHŞƏTLİ qəza: 3 maşın toqquşdu - ölən və yaralılar var...
Eye

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik və bir yük maşını toqquşub.

İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb.

Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar