Ru
12:12 / 24 Noyabr 2021

Binaya atılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA

Binaya atılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA
Eye

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Mərkəzdən Bakupost.az -a verilən açıqlamada bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.

Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

Qeyd edək ki, uşaq Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilsə də, səhhətində müəyyən problemlər olduğundan noyabrın 21-də 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar