Ru
16:54 / 23 Fevral 2021

Binə Atcılıq Mərkəzində dözülməz antisanitar vəziyyət - FOTOFAKT

Binə Atcılıq Mərkəzində dözülməz antisanitar vəziyyət -  FOTOFAKT
Eye

Bir müddət öncə Rupor.az saytı Azərbaycan atçılarının şikayəti əsasında idmanın atçılıq növünün acınacaqlı durumu haqqında məqalə dərc edib.

Şikayətçilər Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) idmançılara ögey münasibət göstərdiyini, mərkəzlərdəki şəraitsiz məkanlarda bir atın saxlanması üçün əməkdaşlardan 50 manat ödəniş tələb olunduğunu iddia edirdilər. Atçılar ippodromlardakı antisanitar vəziyyətdən də narazılıqlarını bildirirdilər.
https://rupor.az/gundem/13486-federasiya-atl-iflic-vziyyt-salb.html

Bir gün sonra Federasiya rəhbərliyi ittihamlara cavab olaraq vitse-prezident Elşad Abbasovun açıqlamasını yaydı.

E.Abbasov qarşı tərəfi qərəzli adlandırmaqla yanaşı problemləri həll etmək üçün görüşə də dəvət etdi.
https://rupor.az/gundem/13718-qrzli-yanama-kimi-qbul-edirm.html

Qarşı tərəf çağırşa biganə qalmadı, təmsilçinin növbəti açıqlamasında görüşdə jurnalistlərin iştirakının təmin olunması təklifi səsləndirildi.

Məsələnin hələlik açıq qaldığı bir məqamda "Rupor"a Binə Atcılıq Mərkəzindəki antisanitar durumunu özündə əks etdirən fotolar göndərilib.

Həmin fotoları təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar