Ru
08:22 / 08 Dekabr 2025

“Bir il keçib, hələ də Azərin ölümünü qəbul edə bilmirəm” - VİDEO

“Bir il keçib, hələ də Azərin ölümünü qəbul edə bilmirəm” - VİDEO
Eye

Aktyor Nicat Rəhimov mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.

Bakupost.az xəbər verir ki, o, həmkarının videosunu paylaşaraq, bunları yazıb:

“Azərlə bağlı nə isə yazmaq, paylaşmaq mənə hələ də çox ağır gəlir. Aradan bir il keçib, amma hələ də buna inana, bunu qəbul edə bilmirəm. Azərin yoxluğunu dilə gətirmək belə çətindir, elə bil adamın boğazı düyünlənir.

Heç vaxt fikirləşməzdim ki, bir gün “Azik, biz səni heç vaxt unutmayacağıq” sözünü yazmalı olacağam. Həyatın həqiqətini bilirik - hamımız bir gün gəlir, bir gün gedirik. Amma yenə də var o söz: “Ölməli adam deyildi”. Azik doğrudan da bu qədər tez getməli insan deyildi…


Onu sevgi ilə xatırlayıram. Allah rəhmət eləsin, əziz qardaşım”.

Qeyd edək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından vəfat edib. (Axsam.az)

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar