Ordubad limonu bazarlarda 15 manata satılır.
Agentlik bildirir ki, ordubad limonunu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır.
Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib.
Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür.
azertag.az
Yalandan basmayın......... Heç bir səbəbi yoxdur adı limonu belə baha satmağa..... Təkcə limon deyil, nə olur olsun bir dənə it küçüyü də Naxçıvandan gəlsə Bakıda onu 50 manat qiymət qoyurlar. Səbəb Naxçıvanlıların yekəxanalıqidir, yekəbaşliğıdir və acgöz tamahkar olmaqları Xalqın cibinə girmək hərisliyi