Ru
14:18 / 05 Dekabr 2025

Bir milyardlıq laboratoriya – Bizdə elm niyə dəbdə deyil? - VİDEO

Bir milyardlıq laboratoriya – Bizdə elm niyə dəbdə deyil? - VİDEO
Eye

“Bayaq çıxışçılardan biri çox maraqlı bir ifadə işlətdi: alim dövlətə sifariş verməlidir ki, bu tədqiqatla məşğul olum, yoxsa dövlət alimə? 2014-cü ildə Massaçusets professorları Barri Beriş, Kip Tor və Berner Vayns Amerika prezidentinə müraciət ediblər ki, Eynşteyn 95 il əvvəl qravitasiya zərrəcikləri anlayışını irəli sürüb. Elm bu qədər inkişaf edib, ayıb deyil ki, biz hələ də bunu tapa bilmirik?”

Bakupost.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev Sosial Tədqiqatlar Mərkəzində keçirilən “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, alimlərin müraciətindən sonra Massaçusetsdə 1 milyardlıq laboratoriya qurulur.

"Onlar 2017-ci ildə qravitasiya zərrəciklərini tapırlar, sonra isə Nobel mükafatı alırlar. Daha sonra qravitasiya zərrəciklərinin populyarlaşdırılmasına başlanılır. Bu nədir, bunun fəlsəfəsi nədir? Yalnız gənclər bunun vasitəsilə elmə gələ bilərlər”, - deyən E.Əliyev Azərbacyanda elmin populyarlaşdırılması üçün bir sıra təkliflər irəli sürüb.

Ətraflı videoda...



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar