Ru
11:51 / 13 May 2026

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...
Eye

Bir zamanlar Bakının hər küncündə görməyə alışdığımız kiçik "Turizm" lövhələri tədricən yoxa çıxır. Beləcə turizm sektoru qlobal sarsıntılar və dəyişən müştəri davranışları qarşısında ciddi transformasiya yaşayır. Məsələn, qonşu ölkələrdə turizm şirkətlərinin kütləvi bağlanması (34%-dən çox) buna əyani sübutdur. Bu tendensiya Azərbaycan bazarı üçün də müəyyən siqnallar verir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov səbəb formaların, yanaşmaların dəyişməsidir deyib.

“Artıq rəqəmsallaşma dövrüdür. Bu gedişlə klassik turizm metodları ilə fəaliyyət göstərən şirkətlər öz fəaliyyətlərini dayandıracaqlar. İnsanlar artıq öz smartfonlarından, kompüterlərindən lazım olan turu seçə, aviabileti əldə edə bilər.

Beləliklə də klassik formadan imtina edilir. Artıq belə bir transformasiya var. Yeniliklər də öz növbəsində klassik turizm şirkətlərinə ehtiyacı azaldır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar