Ru
15:38 / 20 Noyabr 2025

“Bitcoin” dibə gedir – Kriptovalyuta bazarında 1 trilyonluq itki

“Bitcoin” dibə gedir – Kriptovalyuta bazarında 1 trilyonluq itki
Eye

Kriptovalyuta bazarındakı çöküş dərinləşir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bitcoin” 7 ayın ən aşağı səviyyəsinə enərək 88 min 522 dollara düşüb. Bununla da kriptovalyuta bazarının 1 trilyon dolları silinib. Sərt geriləmə həm fərdi, həm də şirkət investorları ziyanla üz-üzə qoyub, rəqəmsal aktiv şirkətlərinin səhmlərində sürətli azalma müşahidə olunub.

“Nvidia”nın güclü gəlir proqnozu bazarda qısamüddətli rahatlama yaratsa da, “Bitcoin” üçün növbəti dəstək səviyyələri 85 və 80 min dollar hesab edilir. Bazarda diqqət 2025-ci ilin minimumu olan 77 min 424 dollara yönəlib.

Ümumi kripto bazar dəyəri 4,3 trilyon dollardan 3,2 trilyon dollara geriləyib. Oktyabrın 10-da baş tutan 19 milyard dollarlıq məcburi likvidasiya bazarın nə qədər həssas olduğunu göstərir. Analitiklər investor davranışında böyük oyunçuların addımlarının narahatlıq yaratdığını bildirir.

“Bitcoin”in 126 min dolları aşan yüksəlişi iki amillə bağlı idi – ABŞ Mərkəzi Bankının (FED) faiz endirimləri və şirkət marağının artması. Hər iki amilin zəifləməsi bazara alıcı axınını kəsib.

Qiyməti 3 min dolların altına düşən “Ethereum” da təzyiq altındadır. Dünyanın ikinci ən güclü rəqəmsal valyutası avqustdan bəri bütün qazancını itirib. Ekspertlər satış dalğasının sona yaxın olunduğunu, amma daha aşağı səviyyələrin mümkün olacağını deyir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar