Ru
12:14 / 23 May 2019

“Bizdəki sürət qatarıdır” - Cavid Qurbanov

2883
"Bakı–Sumqayıt qatarı səhər 3-4 saat, axşam  5-dən çalışır. Bunun da  bir səbəbi var. Bizim yeganə yük daşıya biləcək yollarımız burdandır. Gündüz yük qatarlarını buraxırıq, axşam isə sərnişinlərin daşınmasına xidmət göstərir”. 


 

Bakupost xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” proqramında deyib. O bildirib ki, daşınmaların eyni xətt üzrə olması müəyyən ağırlıq gətirir:


"Gələcəkdə bu xətlər ayrıla bilər. Əgər düzəltsək tələbat artacaq, burada sürətli qatarlar olmalıdır. Ümumiyyətlə, sürətli qatarlar barədə müxtəlif şərhlər verirlər. Üzümü tutub bəzi adamlara deyim ki, saatda 90 kilometrdən yuxarı hərəkət edən qatarlara sürət qatarı deyilir. 


Bir də var yüksəksürətli qatarlar. Yüksəksürətli  qatar artıq texnoloji baxımdan daha irəli, hər tərəfdən bağlanmış  ayrıca yolları olan qatarlardır. Bizdəki hələlik sürət qatarlarıdır. Avtomobil yollarıyla bu gün daha sürətli hərəkət edə bilirik. Çünki yollar var ki, saatda 140-150 km sürətlə getməyə imkan verir.  


Ümumiyyətlə, sınağı 160 km-ə qədər keçirtmişik. Avtomobil yolarında radarlar var, amma dəmir yolunda bunu özümüz tənzimləyirik.  Bakıda  yer nə qədər çoxdursa, çalışacağıq ki, yerüstü dəmir yolu nəqliyyatını uzadaq. Bu yollar davamlı olaraq tikiləcək”.

     

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər