Ru
15:09 / 07 Oktyabr 2026

“BMW”dən yeni elektrikli model gəlir

“BMW”dən yeni elektrikli model gəlir
Eye

“BMW”nin yeni elektrikli “coupe-SUV” modeli “iX4” rəsmi təqdimatdan əvvəl yayılan görüntülərlə ortaya çıxıb.

“Bakupost” xəbər verir ki, yeni model “BMW”nin “Neue Klasse” dizaynını daşıyacaq. Əyilmiş tavan xətti və fastbek tipli arxa hissəsi avtomobilə daha çox idman görünüşü verir.

“iX4”də 17,9 düymlük mərkəzi ekran, yeni sükan və “BMW” “Panoramic Vision 3D” başüstü displeyinin olması gözlənilir. Modelin 108,7 kVt/saatlıq batareya ilə təchiz ediləcəyi bildirilir.

Avtomobilin “40 xDrive” və “50 xDrive” olmaqla iki versiyada təqdim ediləcəyi gözlənilir. Hər iki versiya tam ötürücülü olacaq.

“BMW iX4”ün 2026-cı ilin sonuna qədər satışa çıxarılması planlaşdırılır. Modelin rəsmi təqdimatının isə yaxın günlərdə keçirilməsi gözlənilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar