Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı aktrisa Ancelina Colidən Fransa şərab zavodu ilə bağlı məhkəmə iddiasında 35 milyon dollar təzminat tələb etdiyini bildirib.
Bakupost.az AzPost-a istinadla xəbər verir ki, iddia Colinin şərab zavodundakı payını satmaq qərarından qaynaqlanır.
Pitt 2022-ci ilin noyabr ayında buna etiraz edib. Aktyorun sözlərinə görə, keçmiş həyat yoldaşı şirkətdəki payını onun razılığı olmadan üçüncü tərəfə satıb.
Bu ilin oktyabr ayının sonunda aktyor məhkəməyə Coli ilə komandası arasında elektron poçt yazışmalarını təqdim edib. Pitt bunun ona keçmiş həyat yoldaşına qarşı iddiasını qurmağa kömək edə biləcəyinə inanır. Yazışmalardan görünür ki, Pitt Coliyə qarşı 35 milyon dollarlıq təzminat iddiası qaldırıb.
İş sənədlərinə görə, Pitt-in komandası Coliyə şərab zavodundakı payı üçün 55 milyon dollar təklif edib, lakin aktrisa onunla danışıqlar aparmaqdan imtina edib və payını başqa bir şirkətə satıb.