Ru
21:19 / 08 Yanvar 2026

Britaniya Ukraynaya 13 ədəd "Raven" HHM sistemi göndərdi

Britaniya Ukraynaya 13 ədəd "Raven" HHM sistemi göndərdi
Eye

Böyük Britaniya Ukraynaya 13 ədəd "Raven" hava hücumundan müdafiə sistemi, eləcə də yeni "Gravehawk" HHM sisteminin iki prototipini təhvil verib.

Bakupost.az xəbər verir ki, bu barədə "UK Defence Journal" Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Raven" sistemləri artıq Ukrayna Silahlı Qüvvələrinin silahlanmasındadır və xüsusi olaraq Kiyev üçün hazırlanıb.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi "Gravehawk" proqramı üzrə də irəliləyişin təsdiqləndiyini açıqlayıb.

Yeni "Gravehawk" HHM sistemlərinin Ukraynaya çatdırılmasının yaxın vaxtlarda gözlənildiyi qeyd olunur.

Qeyd edək ki, Böyük Britaniya Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar