Elektron qaydada keçirilən Böyük Summativ Qiymətləndirmə suallarının ictimailəşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Vətəndaşlardan daxil olan müraciətlərdə sualların yayıldığı iddia edilən təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılıb. Məlum olub ki, bu hal lokal xarakter daşıyıb və azsaylı təhsil müəssisələrini əhatə edib. Bildiririk ki, qiymətləndirmə prosesinin obyektivliyi, şəffaflığı və məxfiliyi təhsil sisteminin əsas prinsiplərindəndir. Sualların əvvəlcədən ictimailəşdirilməsi yolverilməzdir və buna şərait yaradan şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək. Bu halın müşahidə edildiyi məktəblərdə pedaqoji şuranın qərarı ilə BSQ yenidən təşkil edilə bilər", - məlumatda qeyd olunub.