Çoxumuz darçını sadəcə dadlandırıcı kimi tanısaq da, evdə darçın çubuğu yandırmağın faydaları hər kəsi təəccübləndirir. Bu qədim üsul məkanda sadəcə xoş qoxu yaratmır, həm də sağlamlığa birbaşa təsir edir.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, darçın yandırmaq məkandakı neqativ enerjini təmizləmək üçün ən təbii yollardan biri sayılır. Yaydığı qoxu beyindəki sakitləşdirici mərkəzləri hərəkətə gətirərək gərginliyi aradan qaldırır. Ekspertlər bu qoxunun zehni açdığını və konsentrasiyanı əhəmiyyətli dərəcədə artırdığını bildirirlər.
Araşdırmalar darçının güclü antibakterial xüsusiyyətlərə malik olduğunu üzə çıxarıb. Evdə darçın yandırmaq havadakı bakteriya və virusların miqdarını azaldır. Eyni zamanda mətbəxdəki xoşagəlməz qoxuları sürətlə neytrallaşdıraraq təbii hava təravətləndiricisi funksiyasını yerinə yetirir.
Xüsusilə soyuq aylarda darçın tüstüsü tənəffüs yollarının açılmasına kömək edir. Bir ədəd çubuq darçını yandırıb tüstüsünü otaqlarda gəzdirmək yuxu keyfiyyətini artırır və nəfəs almağı yüngülləşdirir. Bu sadə üsul həm də immunitet sistemini dolayısı ilə dəstəkləyən təbii vasitə hesab olunur.