Ru
21:44 / 24 Fevral 2026

Bu çörəklər bahalaşdı - Siyahı

Bu çörəklər bahalaşdı - Siyahı
Eye

Fevral ayında pensiyaların indeksləşdirilərək, 9,3% artımla verilməsinin dərhal ardından ərzaq mağazalarında bahalaşma müşahidə edildiyi barədə məlumat vermişdik.

Bakupost.az xəbər verir ki, bahalaşma artıq çörək və digər qida məhsullarında da özünü göstərir.
Standart zavod çörəyi hazırda 65 qəpik dəyərini qorusa da, digər təklif olunan bir çox çeşiddə qiymət artımı müşahidə olunur.

Hazırda qeydə aldığımız artımlardan bəziləri bunlardır:

1. Ev yuxası N1 - 1.30 manat (1,20 manat idi)

2. Yoğurt (şokoladlı) - 2,65 manat (2,54 manat idi)

3. Holland pendiri (cizb) - 4.75 manat (4,50 manat idi)

4. Möcüzə (qarğıdalı) yağı - 7.35 (ötən ay 5,90 manat idi)

5. Qənd (tək, sarma) - 2.05 manat (1,93 manat idi)

6. N1 Kəpəkli çörək - 1,15 manat (1 manat idi) və s.
Bahalaşma eyni zamanda meyvə-tərəvəzdə də özünü göstərir.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar