Ru
17:30 / 28 İyul 2025

Bu dövlət orqanında ciddi nöqsanlar AŞKARLANDI

Bu dövlət orqanında ciddi nöqsanlar AŞKARLANDI
Eye

Azərbaycan Respublikasının Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və onun tabeliyindəki qurumlar üzrə uyğunluq auditi həyata keçirib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, audit nəticəsində dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi uyğunsuzluq aşkarlanıb.

Hesabata görə, 2015-2024-cü illər ərzində xaricdə yerləşən mədəniyyət mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması məqsədilə iki qurum tərəfindən paralel olaraq ödəniş edilib. ƏMDX tərəfindən 1 316 462 manat, mədəniyyət mərkəzi tərəfindən isə qeyri-rezidentə 274 779 avro ödəniş edilib. Hesablama Palatası bu məsələ ilə bağlı 2024-cü ilin noyabrında Maliyyə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

Bundan əlavə, audit nəticəsində dövlət əmlakının idarəetməyə verilməsindən daxil olan vəsaitlərin büdcəyə düzgün təsnifatla daxil edilməməsi də müəyyən edilib. Hər iki təklif üzrə icra hazırda tamamlanmayıb və izlənilməsi davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar