Ru
10:57 / 13 Aprel 2026

Bu əraziyə 90 sm qar yağdı

Bu əraziyə 90 sm qar yağdı
Eye

Aprelin 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38, Qaxda 32, Şəkidə 31, Mingəçevirdə 23, Yevlaxda 19, Qəbələdə 18, Sədərəkdə 17, Goranboyda 15, Naftalanda 14, Şahbuz və Ağdamda 9, Qusar və Göyçayda 8, Tərtərdə 7, Culfada 6, Bərdə, Ordubadda 5, Lənkəran, Quba, Şərurda 4, Ağstafa, Zərdabda 3, Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2, Naxçıvan, Gəncə, Şamaxı, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 22, Yevlaxda 21 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən, Göygöl, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar