Ru
15:41 / 31 Yanvar 2024

Bu evlərə qaz, işıq və su verilməyəcək - Açıqlama

Bu evlərə qaz, işıq və su verilməyəcək - Açıqlama
Eye

“Ötən ilin oktyabrın 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əsas olmadan inşa olunan və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır. Yəni qeyri-yaşayış təyinatlı torpaqlarda tikilən fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün deyil. Belə olduğu halda da onları sökməkdən başqa çarə qalmır”.



Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib.

Onun sözlərinə görə, qeyri-yaşayış təyinatlı torpaqlarda inşa olunan fərdi yaşayış evlərinin sakinləri mənzillərinə sayğac quraşdırılmamasından şikayət edirlər:

“Qeyd edim ki, müvafiq qanuna əsasən, icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşula bilməz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması qadağan edilib. İndi yalnız yaşayış təyinatlı torpaqlarda, qanuni əsaslarla tikilən fərdi yaşayış evlərinin elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulması mümkündür. İnsanlar yeni qərarı nəzərə alıb bundan sonra qeyri-yaşayış təyinatlı torpaqlarda ev tikməməlidirlər”.

Ekspert qeyd edib ki, sözügedən qərar oktyabr ayından əvvəl tikilən, hələ kommunal qurumlar tərəfindən elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulmamış sənədsiz fərdi və qeyri-yaşayış evlərinə də aiddir:


“Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl niyyəti barədə yerli icra orqanına məlumat verir. Bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma, tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. Əgər sənədlər uyğun gəlirsə, tikintiyə icazə verilir. Belə fərdi evlərin elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmasında heç bir problem yaranmır”.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar