Ru
21:36 / 08 İyul 2026

Bu gecə İrana daha güclü zərbələr endirə bilərik - Heqset

Bu gecə İrana daha güclü zərbələr endirə bilərik - Heqset
Eye

ABŞ-nin müdafiə naziri Pit Heqset ötən gecə İrana qarşı həyata keçirilən hücumların hədəflərini açıqlayıb.

"Bakupost" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr zamanı kiçik gəmiləri (Vaşinqtonun iddia etdiyi kimi, gəmiçiliyi təhdid etmək üçün istifadə olunurdu), eləcə də yeraltı dron və raket saxlama obyektlərini, sahil müdafiə qurğularını, radar və müşahidə məntəqələrini hədəf alınıb.

"Bu gecə, zərurət yaranarsa, Prezidentin əmri ilə daha da güclü və dərin təsirli zərbələr endirəcəyik, çünki yanaşmamız bundan ibarətdir", deyə Heqset bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar