Ru
18:17 / 09 İyun 2020

Bu gün azadlığa buraxılan Yasamal sakini Prezidentə müraciət etdi "Məni 5 saat döydülər" - VİDEO

Bu gün azadlığa buraxılan Yasamal sakini Prezidentə müraciət etdi  "Məni 5 saat döydülər" - VİDEO
Eye

Bu gün azadlığa buraxılan Yasamal sakini Kərim Süleymanov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Vilayət Eyvazova videomüracət ünvanlayıb.

"BakuPost" xəbər verir ki, videomüraciətdə K.Süleymanov 29-cu bölmədə 30 yaxın polis tərəfindən 5 saat döyüldüyünü iddia edib:

“Ayın 8-i günü səhər-səhər məni apardılar 29-cu bölməyə, 30 nəfər 5 saat məni döydülər. Özüm də deyirdim ki, ağciyərim yoxdur, cərrahiyə olmuşam. 2009-2011-ci illərdə Mübariz İbrahimovla bir yerdə xidmət etmişəm, döyüşlərdə iştirakım olub. Bunları deyə-deyə, onlar məni 5 saat döyüblər. İnsanı belə döyməzlər. Və nalayiq sözlər deyiblər”.

K.Süleymanov bildirib ki, onunla birgə saxlanılmış 11 nəfər də döyülüb.

O, ölkə rəhbərliyindən məsələni diqqətdə saxlamalarını xahiş edib.

Qeyd edək ki, K.Süleymanovun digər qardaşı Elvin Süleymanov evində yatdığı yerdən, yarıçılpaq halda aparılıb və ona inzibati həbs cəzası verilib.

***

Kərim Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

APA-nın məlumatına görə, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.


Şərhlər
  • Mehi

    Sərəfsizlər anası atası bilinməz əclaflar siz bigeyrətlər arvad tumanı altında kizlənəndə sizin geyrətinizi goruyu ona körə belə rəftar edirsiz bigeyrət binamuslar

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar