Ru
15:40 / 17 Avqust 2023

Bu gün general rütbəsi verilən hərbçilər kimdir? - FOTO

Bu gün general rütbəsi verilən hərbçilər kimdir? -  FOTO
Eye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərov və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 35 yaşlı Babək Ələkbərov Vətən Müharibəsi Qəhrəmandır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Babək Ələkbərova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Fotoda: Babək Ələkbərov



49 yaşlı Zaur Zeynalov isə 1-ci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi iştirakçısıdır. Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.

Fotoda: Zaur Zeynalov





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar