"1994-cü il hadisələri zamanı Azərbaycan müxalifəti meydana çıxıb dövlətini, dövlətçiliyini müdafiə edən xalqın yanında yox, qarşısında oldular. 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da bu silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək istəyirdi. Azərbaycanı dünyada öz fikrini müstəqil söyləmək imkanından məhrum etmək istəyirdi. “Əsrin kontraktı”nı pozmaq istəyirdilər. Təəssüf ki, bizim nə qədər vətənpərvər, iradəli, əzmli xalqımız var, bir o qədər də utancverici müxalifətimiz var. ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edirdi. Təəssüflər ki, biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur hissi keçiririk, digər tərəfdən antixalq, qeyri-vətənpərvər müxalifətlə xəcalət hissi keçiririk”.