Ru
11:06 / 21 Noyabr 2019

Bu ölkədə də elektron siqaret qadağan edilir

Bu ölkədə də elektron siqaret qadağan edilir
Eye

Filippin höküməti ölkədə veyp çəkənlər arasında ilk xəstənin qeydə alınmasından sonra elektron siqaretlərin istifadəsini və ölkəyə gətirilməsini qadağan etmək niyyətindədir.

BakuPost bu barədə “PNA” agentliyinə istinadla məlumat verir.


Prezident Rodriqo Dutertenin sözlərinə görə, veyplərin tərkibində naməlum kimyəvi maddələr və sağlamlıq üçün zərərli olan nikotin var.

Duterte ictimai yerlərdə elektron siqaretdən istifadə edən şəxslərin polis tərəfindən saxlanılmasına dair sərəncam verib. Bu məhsulun tamamilə qadağan edilməsi barədə qərar isə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, noyabrın 15-də Filippinin Səhiyyə Nazirliyi 16 yaşlı qızın veyp çəkməsi nəticəsində səhhətinin kəskin pisləşməsi və ağciyərlərinin zədələndiyi faktını təsdiqləmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar