"Bu, Paşinyan kimi siyasi səbatsızların xülyası ola bilər" - Ekspert

"Paşinyan Tv5Monde televiziyasına müsahibəsində deyib ki, Fransa və Emmanuel Makrondan Qarabağın müstəqilliyini tanımasını gözləyir. Tutaq ki, tanıdı, itirən kim olacaq ki, əlbəttə Fransa. Ötən il Fransa Azərbaycandan 536 milyon 640 min dollarlıq xam neft alıb. Neft də elə məhsuldur ki, onun alıcısı çoxdur. Fransa almayacaq, İtaliyaya satacağıq, İtaliya almayacaq, Almaniyaya satacağıq".

"BakuPost" xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

O qeyd edib ki, Fransanın “Total” şirkəti “Abşeron” layihəsində 50 faiz paya sahibidir: "Şirkətin “Ümid-Babək” və digər layihələrdə də marağı mövcuddur. Odur ki, Azərbaycanın enerji sektorunda bu qədər marağı olan dövlətin hətta, Ermənistanın da tanımadığı Qarabağı tanıması yalnız Paşinyan kimi siyasi səbatsızların xülyası ola bilər. Paşinyan onu da deyib ki, əgər dünya yaranmış vəziyyətə ciddi yanaşmazsa onda Türkiyəni Vyanada gözləməli olacaqlar. İndiki dövrdə bu fikri işlətmək üçün gərək orta ərslər təfəkkürünə malik olasan".