Ru
11:09 / 19 Yanvar 2026

Bu rayonda yağış körpünü qəzalı vəziyyətə saldı

Bu rayonda yağış körpünü qəzalı vəziyyətə saldı
Eye

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağıntılardan sonra yenidən qəzalı vəziyyətə düşüb.


Bakupost.az "Report"-a istinadla xəbər verir ki, Muğan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, ötən il güclü yağışlar nəticəsində ciddi zədələnən körpü müvəqqəti bərpa olunub. Lakin ötən gecə yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Hazırda körpüdən istifadə etmək mümkün deyil.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, körpüdə müvəqqəti təmir işlərinə başlanılıb. Yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərdə tutulur.

Qeyd edək ki, bu, Cəlilabadın Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə getmələri üçün istifadə etdikləri yeganə körpüdür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar