Çinin əhalisi 2025-ci ildə 3,39 milyon nəfər azalıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu azalma ölkədə ardıcıl dördüncü davam edir. Ötən ilki rəqəmlə 2024-cü ilə nisbətən daha böyük olub. Həmin il ölkə əhalisi təxminən 1,39 milyon nəfər azalmışdı.
Çin Milli Statistika Bürosunun açıqlamasına görə, ölkənin ümumi əhalisi 2025-ci ildə 1,405 milyard nəfərə düşüb. Ekspertlər bildirirlər ki, bu tendensiya gələcək illərdə daha da sürətlənə bilər.
Ölkə əhalisi son dörd ildə təxminən 6,8 milyon nəfər azalıb, bu da ölkənin uzunmüddətli demoqrafik dəyişikliklərinin ciddi göstəricisidir.
Analitiklər vurğulayırlar ki, Çində əhalinin azalması uzunmüddətli demoqrafik dəyişikliklərin, aşağı doğum nisbətinin və yaşlı əhalinin artmasının nəticəsidir. Bu tendensiya həm iqtisadi, həm də sosial sahələrdə ciddi təsirlərə səbəb ola bilər.
Cavid, BakuPost