Ru
21:29 / 15 Sentyabr 2021

Bu sahənin işçiləri 4000 manata yaxın maaş alırmış - Azərbaycanda

3278
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il avqustun 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat olub.

Bakupost.az xəbər verir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb:

mədən sənayesi – 3152,3 manat;

maliyyə və sığorta fəaliyyəti – 2066,7 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1195,6 manat;

informasiya və rabitə – 1165,9 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 981,5 manat;

nəqliyyat və anbar təsərrüfatı – 931,7 manat;

tikinti – 868,8 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 769,7 manat;

emal sənayesi – 682,4 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 679,8 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 574,5 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 553 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 544,3 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 537 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 530,2 manat;

təhsil – 529,4 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 443,9 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 432 manat;

digər sahələrdə xidmətlərin göstərilməsi – 724,3 manat.

Ölkədə minimum maaş 250 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər