Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyyat növlərindən pulsuz istifadə etməsi ilə bağlı təşəbbüs gündəmə gəlib.
Bəs Azərbaycanda da hamilə qadınlar, yaşlılar və tələbələr üçün gedişhaqqıda güzəştlərin tətbiqi mümkündürmü?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) hazırda ölkəmizdə həssas qruplar (tələbələr, pensiyaçılar, əlilliyi olan şəxslər və s.) üçün ictimai nəqliyyatda ümumi gedişhaqqı güzəşti nəzərdə tutulmadığını bildirib:
“Bəzi ölkələrdə tələbələr üçün endirimli aylıq və ya illik nəqliyyat kartları təqdim edilir, yaşlı şəxslər və pensiyaçılar üçün pulsuz və ya güzəştli gediş imkanları yaradılır, əlilliyi olan şəxslər üçün isə xüsusi imtiyazlar tətbiq olunur.
Hamilə qadınlar üçün bəzi ölkələrdə pulsuz gedişdən daha çox prioritet xidmətlər, xüsusi oturacaqlar və müəyyən güzəştlər nəzərdə tutulur”.
Professor qeyd edib ki, Azərbaycanda da belə bir mexanizmin tətbiqi hüquqi baxımdan mümkündür:
“Lakin bunun üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilməli, maliyyələşdirmə mexanizmi müəyyənləşdirilməli və nəqliyyat operatorlarının itkilərinin kompensasiya olunması təmin edilməlidir.
Ölkəmizdə belə güzəştlərin tətbiqi əsasən üç amildən asılıdır: Birincisi, sosial siyasət prioritetləridir. Yəni dövlət hansı qrupların əlavə dəstəyə ehtiyac duyduğunu müəyyən etməlidir. İkincisi, büdcə imkanlarıdır. Bu güzəştlərin dövlət büdcəsinə və nəqliyyat sektoruna maliyyə yükü əvvəlcədən hesablanmalıdır. Üçüncüsü isə nəqliyyat sisteminin hazırlığıdır. Güzəştli və ya pulsuz gediş hüququnun elektron kartlar və digər rəqəmsal alətlər vasitəsilə idarə olunması təmin edilməlidir”.
R.Sabir vurğulayıb ki, mütəxəssislər arasında ictimai nəqliyyatda güzəştlərin tətbiqinə münasibət birmənalı deyil:
“Bir qrup ekspert hesab edir ki, tələbələr və digər həssas qruplar üçün nəzərdə tutulan güzəştlər sosial müdafiəni gücləndirir və onların rifahına müsbət təsir göstərir. Digər qrup isə belə güzəştlərin nəqliyyat sektorunda əlavə maliyyə yükü yaratdığını bildirir. Fikrimcə, düzgün maliyyələşdirmə mexanizmi qurulduğu təqdirdə, bu cür güzəştlər həssas qrupların sosial müdafiəsini gücləndirməklə yanaşı, cəmiyyətdə sosial sabitliyin möhkəmlənməsinə də töhfə verə bilər”.
Xeyli klikləmə və qiymətləndirmə(itirilmiş vaxta görə)qazandınız
Niye VETERANLARA pulsuz olmurki bu ne osdurağ qerardi verirsiz xarici olkeye baxib hereket eleyirsize osdurağ yiğini turkiyede Veteranlara odenişsizdi neqliyat ve metro
Belə avara,mənasız və qıcıqjandırıcı yazı hansı yaramazın əməlidir? Azərbaycan haimiyyətnn xalqı unutduğunu və Azərbayca kimi yeraltı.yerüstü sərvətləri bol olan ölkə vətəndaşlarını belə acınacaqlı yaşamağa məcbur qoyması anlaşılan deyil.
Bu məqalədə əməyi keçən hər bir bakupost əməkdaşının anasını sikim
Bu qərar cox doğru qərar olar. Uzaq mesafeye mektebe universitetə gedən tələbələr üçün endirim kartları təşkil olunmalidir. Menim oğlum her gün 3-4 manat ancaq avtobusa verir...
Bizdəkilər dünyaya ölkələrinə baxıb ordakının əksin edirlər
Növbəti məqalənin başlığı belə yazılsın- ''Metrodan istifadə edənlərə pul paylanacaq". Ayıbdır, bu cür başlıqlar, özünü əlil kimi göstərib pul dilənmək kimidir