Ru
19:27 / 09 Yanvar 2026

Bu şəxslərə sertifikat beş il qüvvədə olacaq - Rəsmi

Bu şəxslərə sertifikat beş il qüvvədə olacaq - Rəsmi
Eye

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərarla mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə qalma müddətinin beş il olması barədə "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na 3.9-cu bənd əlavə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar