Ru
21:31 / 03 Oktyabr 2025

“Buratino”nun səsi öldü

“Buratino”nun səsi öldü
Eye

Rusiyanın Xalq artisti Nina Qulayeva 94 yaşında vəfat edib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Anton Çexov adına Moskva İncəsənət Teatrı məlumat yayıb.

Qeyd edək ki, N. Qulayeva 18 aprel 1931-ci ildə Moskvada anadan olub. O, RFSR Əməkdar artisti (1963), RFSR Xalq artisti (1969) fəxri adlarına layiq görülüb və “Qızıl Maska” xüsusi mükafatının sahibidir.

Fəaliyyəti boyu səhnədə təxminən 60 rolda çıxış edən aktrisa, həmçinin film və cizgi filmlərində də səsləndirmə edib. Onun səsi 1959-cu ildə “Buratino”, 1961-ci ildə isə “Çipollino” cizgi filmlərində səslənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar