Bakupost.az xəbər verir ki, əməkdar artistlə vida mərasiminə dostları, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, incəsənət və mədəniyyət xadimləri gəlməyə başlayıblar.
Qeyd edək ki, Cabir İmanov öyən gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.
***
Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.
Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.
Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.