Ru
13:18 / 21 Oktyabr 2021

Canəli Əkbərovun vəziyyəti ağırdır

Canəli Əkbərovun vəziyyəti ağırdır
Eye

Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Bakupost.az xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar